Çarəsiz valideynlər imdad dilədi | "Bərbad gündədir, belə olmaz axı!" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanın Aşağı və Yuxarı Noxudlu kənd məktəbləri qəzalı vəziyyətə düşdüyü üçün yüzlərlə şagird təhsilini Aşağı Kürkəndi kənd məktəbində davam etdirir.
Məktəblilər hər gün qonşu kəndə getmək üçün təxminən 10-15 kilometr məsafə qət etməli olurlar.
“Altı nəvəm bu məktəbdə oxuyur. Hamısı aşağı sinif şagirdidir. Uşaq məktəbə gedib, sancıdan halı pisləşib. Bu necə şəraitdir? Biz hansı vəziyyətdə yaşayırıq?!”, – sakinlərdən biri şikayətini dilə gətirib.
“Körpə uşaqlardır, xəstəlik yayılıb, hamısı xəstələnib. Dərsə gedib-gələndən sonra görürsən ki, uşaq titrəyir”, – başqa bir sakin deyib.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri Rəvan Baxışov bildirib ki, Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin inzibati-tədris binasının tikintisi ilə bağlı qərar verilib:
“2026-cı ildə tikintiyə başlanılacaq. Yuxarı Noxudlu məktəbinin binasının da 2026-cı ildə əsaslı təmir olunması barədə qərar verilib”.
#Salyan rayonu teqi istifadə olunub
- 225 nömrəli məktəbdə həyatını itirən Günelin dəhşətli ölümü barədə detallar - Baku TV
- Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV
- Ələt–Astara yolunda baş verən qəza ölümlə nəticələnib - Baku TV
- "Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV
- Salyanda qeyri-sabit hava fermerlərin məhsul və təsərrüfatlarına ziyan vurub - Baku TV
