Pleyeri seçin:

Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

22 iyun 2026 362 baxış

Bakı, Lənkəran və Xaçmazda bir sıra çimərliklərdən istifadə qadağan edilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aparılmış laborator müayinələrin nəticələrinə əsasən, bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.

Monitorinqlər zamanı Bakı şəhəri, Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanuna uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.

Qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturları məlumatlandırılıb.

"Gecə boğuşurlar, səsləri evlə birdir" | Əhali qorxu içində | "İstədim ki, qaçım, yıxıldım üzüüstə"

"Gecə boğuşurlar, səsləri evlə birdir" | Əhali qorxu içində | "İstədim ki, qaçım, yıxıldım üzüüstə"

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
Xalça yuma şirkəti sakinin xalçasını niyə qaytarmır? - "Ucuz olanları gətirdilər ki..." - Baku TV

Xalça yuma şirkəti sakinin xalçasını niyə qaytarmır? - "Ucuz olanları gətirdilər ki..." - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
Gəncədə təşviş | Sakinlər küçəyə çıxmağa niyə qorxurlar? - Baku TV CANLI

Gəncədə təşviş | Sakinlər küçəyə çıxmağa niyə qorxurlar? - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
Məşhur meyxanaçının çıxış etdiyi restoranda olanlar sakinləri özündən çıxardı - Baku TV CANLI

Məşhur meyxanaçının çıxış etdiyi restoranda olanlar sakinləri özündən çıxardı - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
"Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV

"Gecə 1-ə, 2-yə qədər orada..." | Namiq Mənanın meyxana dediyi restoranda nə baş verdi? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
Yaşıl çayın düzgün istifadəsi çəkiyə nəzarətə dəstək ola bilər

Yaşıl çayın düzgün istifadəsi çəkiyə nəzarətə dəstək ola bilər

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
Xaricə getmək istədi, sərhəddə gözlənilməz məhdudiyyətlə üzləşdi - Baku TV CANLI

Xaricə getmək istədi, sərhəddə gözlənilməz məhdudiyyətlə üzləşdi - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
Müdafiə sənayesinin yerli imkanları ayrıca pavilyonda nümayiş olunacaq - Baku TV

Müdafiə sənayesinin yerli imkanları ayrıca pavilyonda nümayiş olunacaq - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV

SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV

Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 362 baxış
Seçilmişlər
icon