Çindən 8 min tabutun gətirilməsi barədə xəbərə rəsmi reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günlərdə açıqlanan bir statistika cəmiyyətdə olduqca marağa səbəb oldu.
Məlumata görə, Çindən ölkəmizə ötən ilin 10 ayında 8 min tabut gətirilib.
Dövlət Gömrük Komitəsindən Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbəkələrdə yayılan xəbərə aydınlıq gətirilib.
Komitədən "Modern.az"ın sorğusuna cavab olaraq bildirib ki, ölkəyə 8 min ədəd taxta paltar sancağı gətirilib.
Sadəcə gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınıb.
Çindən idxal edilən "taxta paltar sancaqları" malı rəsmiləşdirilən zaman gömrük bəyannaməsində malın təsviri və kodun ilk 4 rəqəmi düzgün qeyd olunub, növbəti 5-ci və 6-cı rəqəm səviyyəsində isə texniki xətaya yol verilib.
Bildirilib ki, gömrük bəyannaməsində müvafiq düzəliş edilməklə texniki xəta aradan qaldırılıb.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
