Pleyeri seçin:

Çox istifadə edilən içkilərlə bağlı qorxulu faktlar ortaya çıxdı

15 mart 2025 415 baxış

Şəkərli qazlı içkilər gündəlik həyatda çoxlarının sevərək istehlak etdiyi içkilər arasındadır. Lakin elm adamları gündə cəmi bir qutu belə içki içməyin ağız xərçəngi riskini beş dəfə artırdığını müəyyən ediblər.

160 000 insanın iştirak etdiyi araşdırma göstərib ki, şəkərli içkiləri mütəmadi istehlak edən insanlarda ağız xərçəngi riski bu içkiləri ayda bir dəfə və ya daha az içənlərlə müqayisədə daha yüksəkdir.

Tədqiqatçılar bu nəticənin xüsusilə son illərdə qadınlarda artan ağız xərçəngi hallarına izah ola biləcəyini bildirirlər. Bununla belə, dəqiq nəticələr üçün daha geniş araşdırmaların aparılmasına ehtiyac olduğu vurğulanır.

Tədqiqat zamanı içkilərin konkret markaları açıqlanmasa da, onların şəkər tərkibinin ağız xərçəngi ilə əlaqəsi olduğu məlum olub. Gündə bir və ya daha çox şəkərli içki içən qadınlarda risk ayda bir və ya daha az içənlərə nisbətən 4,87 dəfə çox olub. Bu təsir hətta siqaret çəkməyən və spirtli içkilər qəbul etməyən insanlarda da müşahidə edilib.

Elm adamları şəkərli içkilərin xərçəng riskini artırdığını və bu səbəbdən sağlam qidalanma ilə bağlı siyasətlərin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar. Tərkibində süni dadlandırıcılar olan pəhriz içkiləri bu araşdırmaya daxil edilməsə də, gələcəkdə bu mövzunun da araşdırıla biləcəyi bildirilir.

Son illərdə siqaret çəkməyən insanlarda belə ağız xərçəngi hallarının artdığı müşahidə edilir. Bunun səbəbləri tam dəqiq bilinməsə də, alimlər şəkərli içkilərin tərkibindəki maddələrin ağızdakı bakterial balansı poza biləcəyini və bunun da xərçənglə əlaqəli iltihab və hüceyrə dəyişikliklərinə səbəb ola biləcəyini ehtimal edirlər.

Sağlam həyat üçün gündəlik şəkər qəbulunun 30 qramdan çox olmaması tövsiyə edilir. Halbuki, bir qutu şəkərli içkinin tərkibində 35 qramdan çox şəkər var.

Mütəxəssislər həddindən artıq şəkər istehlakının təkcə xərçəng deyil, piylənmə, ürək xəstəlikləri və diabet kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.

"Azad edilmiş ərazilərdəki kilsələr Alban məbədləridir" | Revanşistlərə sərt reaksiya - Baku TV

"Azad edilmiş ərazilərdəki kilsələr Alban məbədləridir" | Revanşistlərə sərt reaksiya - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 415 baxış
Seçilmişlər
icon