Çox uşağı olan atalar pensiyaya vaxtından tez çıxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq.
Yenilik Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunur ki, beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olsun.
Bu hal valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək uşaqları övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də aiddir.
Mövcud qanunvericiliyə görə, yalnız qadınların bu şərtlə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Layihə parlamentin plenar iclasına tövsiyə edilib.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
