Pleyeri seçin:

Daşaltıda itkin düşən hərbçimizin nəşi 31 il sonra Xaçmaza gətirildi

24 avqust 2023 245 baxış

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra qalıqları tapılaraq doğulduğu Xaçmaz rayonunun Kiçik Baraxum kəndinə gətirilən Niftəliyev Adil Kamal oğlu ilə vida mərasimi keçirilib.

1966-cı il təvəllüdlü Adil Niftəliyev hərbi xidmətdən sonra Bakıda dəmiryolçu kimi çalışıb. Birinci Qarabağ müharibəsi başlayanda isə könüllü cəbhəyə yollanıb. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Şuşada Daşaltı əməliyyatı zamanı itkin düşüb. Düz 31 il idi ki, ailə Adil haqqında heç bir xəbər ala bilmirdi.

“31 ildə hər gün onun yolunu gözləmişik. Elə bilirdik ki, o, sağ gələcək. Anam oğlunun ölümünə dözməyərək dünyasını dəyişdi. Atam da onun dərdindən öldü. Anam əhd etmişdi, Adilin köynəyini özünə kəfən etdi”, – şəhidin bacısı Validə Cəmaləddinova deyib.

Qeyd edək ki, vida mərasimindən sonra şəhid hərbçimizin nəşi Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Banner
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 245 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 245 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 245 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 245 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 245 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 245 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 245 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 245 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 245 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 245 baxış
Seçilmişlər
icon