“Dedi ki, çox yazır...” | “Azəriqaz” vətəndaşı aldadıb qazsız qoydu? - “Əsə-əsə qalmışıq!” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhəri, “Mexkalon” adlanan yaşayış sahəsi, Səlahəddin Kazımov küçəsi 26 ünvanında yaşayan nitq məhdudiyyətli İmdat Məsimov iddia edir ki, 2025-ci ilin sentyabr ayında özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim edən şəxs ona mexaniki sayğacın smart sayğacla əvəz olunacağını bildirib.
İddiaya görə, mexaniki sayğac sökülərək aparılıb və sonradan qonşuluqdakı başqa şəxsə satılıb. Bundan sonra isə ailənin qaz təminatı dayandırılıb.
Ailə artıq 5 aydır ki, qazsız və soyuq şəraitdə yaşadığını deyir. Onların sözlərinə görə, məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.
“Mənə deyildi ki, mexaniki sayğac çox yazır, gəl onu smart sayğacla əvəzləyək. Mən də razılaşdım. Daha sonra “Azəriqaz”dan gəlib sayğacı götürdülər və aparıb qonşuya satdılar”, – deyə şikayətçi İ.Məsimov bildirib.
#Azəriqaz teqi istifadə olunub
- Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- Aprel ayından aparılan təmir işləri niyə yekunlaşmır?
- Asfaltı qazıb getdilər, sakinlər əziyyət çəkir | Aylardır qazılan yol niyə bərpa olunmur? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
