Pleyeri seçin:

“Dedi ki, hara istəyirsən, de” | Ağır xəstəlikdən əziyyət çəkən uşağın valideynləri çıxılmaz halda

04 fevral 2026 550 baxış

Cəlilabad rayonunun Qarazəncir kənd sakini Qəfər Cəfərov Baku TV-nin qaynar xəttinə müraciət edib.

O bildirib ki, 9 yaşlı oğlu anadangəlmə ürək qüsurundan əziyyət çəksə də, əlilliyin müəyyən olunması üçün heç bir sənəd ala bilmir. İllərdir döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb.

Qəfər Cəfərovun sözlərinə görə, övladının beyin MRT-si və digər müayinələri aparılsa da, ürək problemindən başqa heç bir əlavə xəstəlik müəyyən olunmayıb:

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında bir həftə müalicə alıb. Xəstəxanadan çıxdığı gün “Forma 88” sənədini istədim, amma vermədilər. Altı ildir bu yollardayam. TƏBİB uşağın vəziyyətini bilib bizi yenidən Respublika Klinik Xəstəxanasına yönləndirdi. Orada da eyni diaqnoz qoyuldu. Daha sonra Yeni Klinikaya göndərildik. Həmin klinikada uşağın vəziyyəti ağırlaşdı, 40 dəqiqə süni nəfəs verildikdən sonra özünə gəldi. Mənim tək istəyim odur ki, uşağın əlilliyi rəsmən təyin olunsun”.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 2017-ci il təvəllüdlü Ülvi Cəfərovun əlilliklə bağlı müraciəti araşdırılıb:

“Onun ixtisaslaşmış tibb müəssisəsi olan Yeni Klinikada müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişlə təmin edildiyi məlum olub. Vətəndaş Qəfər Cəfərov övladının müayinə olunduğunu və müayinə nəticələrinin ona 30.01.2026-cı il tarixində təqdim olunacağı haqqında məlumat verib. Vətəndaşa müayinə nəticələrini əldə etdikdən sonra bütün tibbi sənədləri ilə Cəlilabad RMX-nin Həkim Məsləhət Komissiyasına müraciət etməsi haqqında məlumat verilib. Həkim Məsləhət Komissiyasında tibbi sənədlərə baxış keçirildikdən sonra Ülvi Cəfərova təyin olunacaq diaqnoz və ya ağırlaşmaları “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olduğu halda tibbi-sosial ekspertiza müayinəsinə göndərişinin rəsmiləşdirilməsi mümkün olacaq”.

Baku TV Qəfər Cəfərovla müalicə nəticələrini əldə etdikdən sonra bir daha əlaqə saxlayıb. O qeyd edib ki, sənədləri aidiyyəti tibb müəssisəsinə təqdim etsə də, övladının əlilliyinin rəsmiləşdirilməsi ilə bağlı hələ də konkret cavab ala bilməyib:

“Yanvarın 30-da cavabları götürdüm. Mənə dedilər ki, bu sənədləri Respublika Klinik Xəstəxanasına aparmalısan, orada uşağa diaqnoz qoyulmalı və əlilliklə bağlı rəy verilməlidir. Sənədləri apardım, amma həkimlər bildirdilər ki, nə rəy verə, nə də yazılı cavab təqdim edə bilərlər. İmtinanın səbəbini yazılı şəkildə istədim, lakin bundan da imtina etdilər. Həkim dedi ki, get, hara istəyirsən şikayət et”.

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 550 baxış
Seçilmişlər
icon