Dəhşətli qəzadan sağ çıxan sərnişin təyyarədə yaşananları danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 25-i Aktauda baş verən dəhşətli təyyarə qəzasında duaları ilə tanınan Subxonkul Rəhimov Baku TV-yə açıqlama verib.
Hazırda Yekaterinburqda xəstəxanalardan birində müalicə alan Subxonkul həmin gün təyyarədə yaşananlar haqqında danışıb:
“Sanki həyatımın son anlarını yaşayırdım. Elə düşünürdük ki, təyyarə bu saniyə yerə çırpılacaq, hər kəs həlak olacaq. Daha sonra isə Allahın köməkliyi ilə pilot peşəkarcasına tarazlığı bərpa edə bildi. Bir anlıq düşündük ki, vəziyyət normallaşır, sakitlikdir, yaxınlıqda olan hər hansı hava limanına enə biləcəyik.
Daha sonra yenidən təyyarə əsməyə başladı, hiss olunurdu ki, nəsə baş verir. Təyyarəni idarə etmək mümkün deyildi. Həmin vaxt başa düşdüm ki, vəziyyət yaxşı deyil, dualar etməyə başladım. Pilot peşəkarcasına sona qədər idarəni əlinə aldı və yerə enə bildi, insanların əksəriyyəti sağ qaldı. Suya düşsəydik, hər kəs boğulub öləcəkdi”.
Subxonkul Rəhimov qəzada həlak olan stüardessa Hökumə Əliyevanın təlimatları sayəsində sağ qaldığını söyləyib:
“Hökumə olmasaydı, insanlar onun dediklərini yerinə yetirməsəydilər, daha çox adam həlak olacaqdı. Mən arzulayıram ki, həmin xanım heç vaxt unudulmasın, xatirəsi yaşadılsın. Onu bilin ki, qadın olaraq qorxu içində olanları sakitləşdirməyə çalışmaq hər adamın bacaracağı iş deyil.
Təsəvvür edin, 60-dan çox insan onun gözlərinin içinə baxırdı, ondan nə isə istəyirdi. O bizi qoyub gizlənə bilərdi və ya özünü itirə bilərdi. Amma Hökumə özündən çox digərlərini düşünürdü. O, təkbaşına hər kəslə ünsiyyətə girirdi, sakitləşdirməyə çalışırdı. Düşünürəm ki, Hökumənin bizə verdiyi təlimatlar sayəsində bu gün mən sağam”.
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
