Dələduzlar "Telegram"da virusu bu yolla göndərir
Yeniliklərdən dərhal xəbərdar olun
Fırıldaqçılar “Telegram” mesencerinə video altında maskalanmış apk-fayl formatında troyan göndərirlər.
Videoda isə guya qurban əks olunub. Pisniyyətli bu şəxslər təhlükəli faylları “Videoda sənsən?” başlığı altında mesaj vasitəsilə göndərirlər. “Video” sözü həm də faylın öz adında qeyd oluna bilər.
Həqiqətdə isə bu, təhlükəli tətbiqdir. Bu cür faylları açarkən qurbanın avadanlığına “Mamont” troyanına yoluxmuş tətbiq quraşdırılır. Virus “push” xəbərdarlıqları və SMS-ləri hesablaya bilir, qalereyadakı şəkilləri görür, həmçinin istifadəçinin “Telegram” kontaktlarında olan bütün şəxslərə avtomatik olaraq təhlükəli fayl göndərir.
Dələduzların əsas məqsədi qurbanın maliyyə məlumatlarını əldə etmək və cinayət sxemlərində şəxsi hesabdan istifadədir. Ekspertlər cihazların bu kimi təhlükəli viruslara yoluxmasının və məlumat sızıntısının qarşısını almaq üçün naməlum faylları açmamağa çağırırlar.
#Telegram teqi istifadə olunub
- Rusiya "Telegram"ı hədəf aldı | Pavel Durov beynəlxalq axtarışa verildi - Baku TV
- “Telegram”ın qurucusundan qalmaqal yaradacaq açıqlamalar
- “Roskomnadzor” xəbərdarlıq etdi: Tarix açıqlandı - 24 SAAT
- Ruslar qəzəbləndi | Moskvada "Telegram", "WhatsApp" və "YouTube"dan niyə qorxurlar? - Baku TV
- Durov “Telegram”ın Rusiyada bağlanmasına münasibət bildirdi
