Dələduzların qurbanı olmamaq üçün bunları mütləq bilin!
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 12-də kiberüsullarla ayrı-ayrı vətəndaşların ən yüksək 3500, ən aşağı isə 39 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik əhalini bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları tanımadıqları şəxslərlə bölüşməməyə çağırıb:
“Bunlar məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik.
Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.
#Bank kartları teqi istifadə olunub
- "Heç yaxşı olmadı bu" | Bank kartları ilə bağlı yeni qadağa barədə sakinlər nə düşünür? - Baku TV
- Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV
- Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT
- Bank kartları ilə bağlı yeni qaydalar gündəmdə | Nələr dəyişəcək? - Baku TV
- Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanılıb - Baku TV
