Pleyeri seçin:

Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanılıb - Baku TV

04 iyun 2026 369 baxış

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olan müraciətlərdə vətəndaşlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə, bank kartlarındakı vəsaitlərinin oğurlandığını bildiriblər.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha 2 nəfər – 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta profillər yaradaraq vətəndaşlara “aşağı faizli”, “sürətli” və “zaminsiz kredit” təklif ediblər.

Zərərçəkənlər C.Bayramzadə və E.Mailovun onlara göndərdikləri saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin nəzarətinə keçib. Nəticədə, onlar hesablara qanunsuz giriş əldə edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan nağdlaşdırıblar.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, C.Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir.

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və digər maliyyə xidmətlərindən istifadə zamanı yalnız rəsmi və lisenziyalı platformalara etibar etsinlər, kart məlumatlarını naməlum keçidlərdə paylaşmasınlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına müraciət etsinlər”, – deyə məlumatda vurğulanıb.

Banner
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 369 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 369 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 369 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 369 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 369 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 369 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 369 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 369 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 369 baxış
“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

Hadisə
27 oktyabr 2026 369 baxış
Seçilmişlər
icon