Deputat işsizliklə bağlı həll yolundan danışdı | Əhalinin kütləvi şəkildə işləyəcəyi...
Yeniliklərdən dərhal xəbərdar olun
“İşsizlik bölgələrdə bir nömrəli problemdir”.
Bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Millət vəkili vurğulayıb ki, qəbula gələnlərin 70-80%-i işlə təmin olunmaqla bağlı müraciət edir: “Məlumdur ki, əhalinin kütləvi şəkildə işləyə biləcəyi müəssisələr hər bölgədə mövcud deyil. Vətəndaş bir qayda olaraq dövlət hesablı müəssisələrdə çalışmaq istəyir. Lakin həmin müəssisələrin işəgötürmə imkanları hüdudsuz deyil”.
J.Əliyeva bildirib ki, bölgələrdə işsizliyin aradan qaldırılmasının ən effektiv yolu kənd təsərrüfatını inkişaf etdirmək və kəndlini bu sahəyə təşviq etməkdir:
“Az gəlirli ailələr onlara ayrılan pay torpaqlarından effektiv istifadə edə bilmirlər. Məhsuldarlıq əldə etmək üçün lazım olan avadanlıqlar hər kəsə əlçatan olmadığından vətəndaş çox vaxt təsərrüfatla məşğul ola bilmir. Buna görə də dövlət hesablı müəssisələrə üz tutur”.
#İşsizlik teqi istifadə olunub
- "Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"
- "4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV
- Bankdan tutulan komissiya vətəndaşın cibindən çıxacaq? | Xərci sonda kim ödəyəcək? - XÜLASƏ
- Dünya Bankı süni intellektin gələcəyi ilə bağlı proqnoz verib
- Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir? - Baku TV CANLI
