Deyir ki, yox, oğlum sağdır | Həlak olan Aleksandr Kalyaninovun müəllimi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlardan biri də pilot Aleksandr Kalyaninovdur.
Peşəkar pilot qəzadan qurtula bilməsə də, göstərdiyi səylər nəticəsində 30-a yaxın insanın həyatını xilas edə bilib. 31 yaşlı pilot Bakı Avropa Liseyinin məzunu olub.
Müəllimi Səbinə Bayramova Aleksandr Kalyaninovla bağlı xatirələrini Baku TV ilə bölüşüb:
“O, ailəsinin tək övladı olub. Atası yeddi il əvvəl rəhmətə gedib. Anası təkdir, hələ də oğlunun öldüyünə inana bilmir. Çox mehriban, çalışqan uşaq idi. Həmişə yaxşı oxuyurdu. Üzündə təbəssüm əskik olmurdu. Milliyətcə rus idi, amma Azərbaycan dilində çox yaxşı danışırdı. Çox məsuliyyətli oğlan idi, qəza zamanı da insanları xilas etmək üçün belə davrandı”.
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
