DİN cibgirlərlə bağlı əhaliyə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avtobuslarda cibgirlik edən və üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərə qarşı əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Görülən tədbirlər nəticəsində saxlanılan Teymur Ağayevin üzərindən 1 ədəd “Makarov” markalı tapança, daraq və 4 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Həmçinin digər əməliyyat zamanı sərnişin avtobuslarında cibgirliklə məşğul olan Sərxan Əliyev də saxlanılıb. Onun əsasən insanların sıx olduğu vaxtlarda avtobuslarda cibgirliklə məşğul olduğu müəyyən edilib.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
