DİN-dən əhaliyə kibercinayətkarlıqla bağlı xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə kibercinayətkarlıqlarla üzləşməmək üçün vətəndaşlarımızın internet resurslarında ayıq-sayıq olmağı, mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kart məlumatları təqdim etməməyi barədə məlumat verilib.
Həmçinin yüksəkgəlirli onlayn iş imkanı kimi zahirən cazibədar, sadə tapşırıqlar qarşılığında yüksək ödəniş vədlərinə etibar etməmək, saxta sayt və ya hesablar üzərindən göndərilən iş təkliflərinə inanmamaq, sosial şəbəkələrdə keçirilən yarışların qalibi olduğunuz, o cümlədən hədiyyə qazanmağınız barədə mesaj aldığınız təqdirdə, hədiyyənin çatdırılması üçün ödənişləri etməmək tövsiyə olunub.
“Haker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməmək, hesablarına pul köçürməmək xahiş olunur. Saytların domen adlarına diqqət etmək, məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılan saytlara qarşı ayıq-sayıq olmağın vacibliyi vurğulanıb.
Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb-səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və Nazirliyin sosial şəbəkə hesablarına müraciət etmək tövsiyə olunur.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
