DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq | Bu şəxslərə ödəniş etməyin!
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq, pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrafilli bildirib.
Onun sözlərinə görə, bu kimi hallarda özünü “falçı” və ya “baxıcı” kimi təqdim edən şəxslər vətəndaşlardan müxtəlif məbləğlərdə ödəniş tələb edir, onlayn köçürmə yolu ilə pulu aldıqdan sonra isə sosial şəbəkə hesablarını bloklayaraq məsuliyyətdən yayınırlar.
Lumu İsrəfilli vurğulayıb ki, vətəndaşlardan mənimsənilən məbləğin miqdarına görə bu cür faktlar üzrə inzibati və ya cinayət işi açılır.
DİN rəsmisi sosial şəbəkə istifadəçilərinə bu tipli elanlara inanaraq ödəniş etməmələri və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamaları barədə xəbərdarlıq edib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
