DİN-dən təhlükə xəbərdarlığı | Bu oğurluq üsulları barədə məlumatlı olun!
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Daxili İşlər Mazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", – deyə Nazirliyin yaydığı məlumatda qeyd olunub.
#Bank kartları teqi istifadə olunub
- "Heç yaxşı olmadı bu" | Bank kartları ilə bağlı yeni qadağa barədə sakinlər nə düşünür? - Baku TV
- Eyni valyutada aktiv debet kartı olanlara ikinci kartın verilməsi məhdudlaşdırılır - Baku TV
- Oktyabrın 1-dən debet kartlarının verilməsi ilə bağlı nə dəyişəcək? - 24 SAAT
- Bank kartları ilə bağlı yeni qaydalar gündəmdə | Nələr dəyişəcək? - Baku TV
- Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanılıb - Baku TV
