DİN Lökbatanda əməliyyat keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində son bir neçə gündə narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tədbirlər zamanı narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.
Həmin şəxslərdən 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilib.
Onların hər biri barəsində Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
