Diqqət! | Prezident seçkiləri ilə bağlı yenilik edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Seçki Komissiyasının “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkisi, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.
Mərkəzin “www.secki-2024.az” saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir.
Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir. Mərkəzin həm “Facebook” səhifəsi, həm də “Telegram” kanalı aktiv fəaliyyət göstərir.
#Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) teqi istifadə olunub
- Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV
- Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib - Baku TV
- “Ulu Öndər Azərbaycanı qüdrətli əllərə vəsiyyət edib dünyadan köçdü” | MSK sədri - Baku TV
- Məzahir Pənahov yeni seçilən məntəqə sədrlərindən danışdı | Detallar açıqlandı
- Neçə şəxs səsvermə hüququnu qazanıb? | Məzahir Pənahovdan açıqlama
