Dönərlərlə bağlı yeni qaydalar təsdiqləndi | AQTA-nın mətbuat katibindən sahibkarlara çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Dönərlərlə bağlı yeni qaydalar təsdiqlənib.
Belə ki, çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.
Bəs görəsən, yeni qaydalardan sonra dönərlərin qiymətində hansısa dəyişiklik olacaq?
Dönərçilərin sözlərinə görə, qiymət artımı hələ ki yoxdur.
“Yeni qaydalarla tanış olmuşuq, əslində, yaxşı oldu. Bizdə hər şey qanun çərçivəsindədir. Başqa ərazilərdə qiymətlər qalxsa, bizdə də qiymət artımı olacaq”, – deyə dönərçilərdən biri bildirib.
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölmələrində həyata keçirilməlidir:
“Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.
Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir”.
#Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) teqi istifadə olunub
- Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV
- Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI
- Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV
- Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV
- Dönərxanalara ət göndərən sexdə nələr aşkarlandı? - Baku TV CANLI
