Dövlət Statistika Komitəsi əmək bazarındakı son vəziyyəti açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5224,3 min nəfər olub, onlardan 4934,5 min nəfərini məşğul əhali təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Eyni zamanda 2023-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3655,6 manat, qeyri neft-qaz sektorunda 864,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 871,2 manat, özəl müəssisələrdə isə 967,4 manat olub.
2023-cü ilin yanvar-may aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal gəlirlər, həmçinin mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
#Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi teqi istifadə olunub
- 2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV
- Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV
- Təbii artımın minimuma enməsinin səbəbləri nələrdir? | Həyəcanverici statistika - Baku TV
- Azərbaycanda benzin istehsalı ilə bağlı detallar açıqlandı - Baku TV
- BTC ilə bağlı yeni hesabat | Kəmərin səhmdarlarından biri də SOCAR-dır - Baku TV
