DSX Qubadlıda yeni inşa olunmuş yaşayış binasını istifadəyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Aprel ayının 23-də Prezident İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə verilib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və xidməti mənzillərə baxış keçirib.
Qeyd edək ki, yeni istifadəyə verilmiş 3 mərtəbəli yaşayış binası 19 mənzil, 3 istirahət otağı olmaqla ümumi 86 çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
