Pleyeri seçin:

Dünyanın göz yumduğu 31 Mart soyqırımı

31 mart 2023 471 baxış

Regionda mürəkkəb hadisələrin baş verdiyi, qanlı tarixin yazıldığı dövr – 31 mart 1918-ci il. Artıq bu qanlı tarixin 105-ci ildönümüdür.

Azərbaycan xalqının başına gətirilən faciələr 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra başlandı. Parçalandıq, şimala, cənuba ayrıldıq, tarixi torpaqlarımız bölündü. Sonrakı dövrdə isə doğma torpaqlarımızın özgəninkiləşdirmə prosesinə başlanıldı.

Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçiridi. “Böyük Ermənistan”, dənizdən-dənizə dövlət yaratmaq xülyaları ilə 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirildi. 1918-ci ilin martından isə Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirildi. Paytaxtda, eləcə də Şamaxı, Quba və digər qəzalarda onminlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerləyeksan edildi.

Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdilər.

Son illər bu sahədə aparılan araşdırmalar sayəsində çox sayda yeni faktlar və sənədlər toplanıb. Qubada aşkarlanan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.

Qeyd olunanlar qanlı tarixin çox az hissəsidir. Erməni faşizminin özünü 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində yenidən göstərməsi, Qaradağlı, Ballıqaya, Başlıbel, Xocalı kimi ağlasığmaz faciələri törətməsi düşmənin necə qəddar, vəhşi, insanlıqdan çox uzaq olduğunun növbəti sübutu idi.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 471 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 471 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 471 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 471 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 471 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 471 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 471 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 471 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 471 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 471 baxış
Seçilmişlər
icon