DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi | Görünüş məsafəsi məhdudlaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava şəraiti müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur:
“Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar”.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
- Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR
