DYP son bir ildə qaydaları pozmayan sürücüləri mükafatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ərəfəsində il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücüləri mükafatlandırıb.
Burada məqsəd sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda insanların təhlükəsizliyini təmin etməkdir.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib ki, bir ilə yaxındır nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.
Tədbirin sonunda qaydaları pozmayan nümunəvi sürücülərə hədiyyələr təqdim olunub.
#Qayda pozuntusu teqi istifadə olunub
- Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
- Yolda dəhşətə gətirən mənzərə | Piyadalar görün nə etdi - Baku TV
- Skuterdən istifadə edənlərin yaratdığı təhlükə | Ekspertlər məsələyə necə yanaşdı? - Baku TV
- "Qayda pozuntuları qəzalara səbəb olur" | NİİM-dən sürücülərə müraciət - Baku TV
- "Qaydanı pozmağa məcburdur" - Bal limiti artırılacaq? | “Taksilərə yazığım gəlir, çoxu...” - Baku TV
