Əhaliyə hava ilə bağlı xəbərdarlıq | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 31-i və avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 31-i gündüzdən avqustun 1-i səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Bölgələrdə də iyulun 31-i gündüz əsasən dağlıq və dağətəyi rayonlarda, avqustun 1-i gündüzdən 2-si gündüzədək isə əksər yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Şərq küləyi bəzi bölgələrdə arabir güclənəcək.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
