Əhaliyə istilərlə bağlı vacib xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44 dərəcəyədək artacağı gözlənilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində deyilib.
Bildirilib ki, belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır:
“Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerlərdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur”.
#Hava xəbərdarlığı teqi istifadə olunub
- Bakı və bölgələr üçün hava xəbərdarlığı | Sabah Azərbaycanı bu hava gözləyir - Baku TV CANLI
- Küləkli havada bu məkanlardan uzaq durun! - Baku TV CANLI
- Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV CANLI
- FHN xəbərdarlıq etdi: Bu ərazilərdən uzaq durun - Baku TV CANLI
- FHN-dən hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq
