Pleyeri seçin:

Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi yekunlaşır | AAYDA-dan görüntülər

27 yanvar 2025 443 baxış

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılır. Bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33,7 km-i isə 4 hərəkət zolağından ibarət olmaqla inşa olunub.

Layihə çərçivəsində qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası, asfalt-beton örtüyünün aşınma layına qədər döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.

Yol boyu müxtəlif diametrli 191 dairəvi və düzbucaqlı suötürücü boru, 76 yeraltı və ehtiyat keçid, 1 qovşaq, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib.

Hazırda layihə boyu son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu dəmir-beton baryerlərin, əyrixətli metal sədd çəpərlərinin, işıqlandırma qurğularının və yol avadanlıqlarının quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi, istirahət və parkinq yerlərinin tikintisi davam etdirilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə və beynəlxalq magistral normalarına uyğun həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6-Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Banner
“Hamiləmiz, körpəmiz var, belə şey olmaz!” | Ferma sakinlərin həyatını dözülməz edib? - Baku TV

“Hamiləmiz, körpəmiz var, belə şey olmaz!” | Ferma sakinlərin həyatını dözülməz edib? - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
Sakinlər özündən çıxdı | Ferma insanların yaşayışını niyə çətinləşdirib? - Baku TV CANLI

Sakinlər özündən çıxdı | Ferma insanların yaşayışını niyə çətinləşdirib? - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
Şəhərin mərkəzində keçirilən "Kəlağayı" yürüşündən görüntülər

Şəhərin mərkəzində keçirilən "Kəlağayı" yürüşündən görüntülər

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
Bakı küçələrində təşkil edilən "Kəlağayı" yürüşü davam edir - Baku TV

Bakı küçələrində təşkil edilən "Kəlağayı" yürüşü davam edir - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
Rəngarəng kəlağayıları ilə yürüşə qatılan xanımlar hər kəsin diqqətini çəkdi - Baku TV

Rəngarəng kəlağayıları ilə yürüşə qatılan xanımlar hər kəsin diqqətini çəkdi - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
“Həkim qızımın başında tampon unudub” | Ana fəryad etdi: “Hər an iflic ola bilər...” - Baku TV

“Həkim qızımın başında tampon unudub” | Ana fəryad etdi: “Hər an iflic ola bilər...” - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI

Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar

Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
“Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV

“Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI

10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026 443 baxış
Seçilmişlər
icon