Pleyeri seçin:
Əkinçi - 150 il | BAKU TV əməkdaşı mükafatlandırıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı tədbirlər davam edir.
Bu qəbildən növbəti tədbir “EMEDİA GROUP” media təşkilatının təşəbbüsü, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
“Əkinçi ‒ 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” adlı tədbirin məramı tariximizi yaşatmaq, dəyərlərimizi, maddi-mədəni irsimizi unudulmağa qoymamaq və gələcək nəsillərə ötürməkdir.
Tədbirdə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təsis edilən “Əkinçi” mükafatı təqdim olunub.
Milli dəyərlərin təbliği və mətbuatın inkişafına töhfə verən şəxslər həmin mükafatla təltif olunublar.
Kopyalandı
