Elə buradaca öldülər… | Bu yol niyə sürücülərin kabusuna çevrilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 16-da 14 avtomobilin toqquşması və 2 nəfərin ölümü, 22 nəfərin yaralanması ilə nəticələnən zəncirvari qəzanın baş verdiyi Bakı-Qazax yolunun Ucarın Qulabənd kəndindən keçən hissəsində sürücülər çətin anlar yaşayırlar.
Belə ki, sözügedən yolda hazırda işıqlandırma yoxdur. Bu da öz növbəsində həmin ərazidə qəza şəraitini artırır.
“Dumanlı havada yolu görmək mümkün deyil. Uzaqvuran işıqlandırıcıdan isə qarşıdan gələn sürücünün gözünə düşür deyə istifadə etmək olmur. İşıqlandırmanın olmaması piyada ölümlərinə səbəb olur”, – deyə sürücülər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda sözügedən ərazidə işıqlandırma sisteminin quraşdırılması ilə bağlı hər hansı bir layihə mövcud deyil.
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
