Elektrik enerjisinə qənaət etmək istəyənlər bunları bilməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
"Kommunal xidmət tarifləri hər il artır, buna görə də ödənişləri azaltmaq yolları həmişə aktualdır. Elektrik enerjisinə qənaət etmək mümkündür. İlin sonunda bu məbləğ büdcəyə əhəmiyyətli dərəcədə təsir edə bilər".
Mənzil-kommunal təsərrüfatı məsələləri üzrə rusiyalı ekspert Andrey Fradkin bu fikirdədir.
O bildirib ki, ən çox enerji sərf edən məişət texnikasına soyuducular, paltaryuyan və qabyuyan maşınlar daxildir:
"Əgər onları dəyişməyi planlaşdırırsınızsa, enerji sərfiyyatına dair işarələməyə diqqət yetirin. "A+++" və ya "A++" enerji sinfinə malik modelləri seçin. "C" sinfinə aid cihazlarla müqayisədə bu cihazların enerji sərfiyyatı 30-40% daha azdır".
Bundan başqa, paltaryuyan maşını tam doldurmaq daha sərfəlidir, çünki onu yarımboş vəziyyətdə bir neçə dəfə işlətmək daha çox enerji sərf edir.
Əgər sobanız varsa, çaydanı elektrikdən istifadə etmək əvəzinə, qazda qaynadın.
Köhnə lampaları LED lampalarla əvəz etmək lazımdır.
İstifadə olunmayan cihazları şəbəkədən ayırın. Bu da enerji sərfiyyatını azaldacaq.
#Elektrik enerjisi teqi istifadə olunub
