Emin Əmrullayev məktəblərdə aparılan yoxlamalardan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Məktəblərdə yoxlamalar davamlı aparılacaq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır:
“Bu yoxlamalar iki istiqamətdə aparılır. Birinci istiqamət daha çox məktəblərə kömək etmək məqsədi daşıyır. Əsas odur ki, məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə nazirliyin daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu, daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır.
Bu yoxlamalar davamlı olacaq. Çalışırıq ki, nazirliyin regional idarələri də bu yoxlamalarda yaxından iştirak etsinlər. Təbii ki, ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq qeyri-mümkündür. Ona görə də müəyyən alqoritm əsasında yoxlamaları həyata keçiririk”.
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
