Pleyeri seçin:
Emin Əmrullayev Xocalıda məktəb açılışında | Bu, ən qabaqcıl məktəblərdən biri olacaq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalıda 32 il sonra ilk zəng çalınıb.
Elm və təhsil naziri Emin Əmrullayev Xocalıda inşa edilən yeni məktəbin ilk dərs gününün açılışında iştirak edib.
32 illik fasilədən sonra Xocalıya köçürülən sakinlər ilk tədris ilini yenidən qurulan və ən müasir tələblərə cavab verən yeni tədris binasında keçirəcəklər.
Nazir öz çıxışında məktəb kollektivini bu münasibətlə təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Xocalı şəhəri 1 nömrəli tam orta məktəb 132 şagird üçün nəzərdə tutulub. Hazırda isə təhsil ocağında 31 şagird elmin sirlərinə yiyələnəcək. Məktəbdə çalışan müəllimlərin sayı isə 16-dır. Sözügedən təhsil ocağı 1919-cu ildən mövcuddur.
Kopyalandı
#Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi teqi istifadə olunub
- Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
