Ən çox hansı müəssisələrdən şikayətlər var? | Ramik Quliyevdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Səhiyyə Nazirliyinə həm özəl, həm də dövlət xəstəxanalarından şikayətlər daxil olur. Qanunvericiliyin həm tibb müəssisəsinə, həm tibb personalına qarşı qoyulan tələblər yerinə yetirilir. Ortalıqda tibbi xidmətin və tibbi yardımın tələblərə, standartlara uyğun göstərilməməsi dayanır. Artıq bu, məhkəmə predmetidir”.
Bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində panel müzakirələri zamanı deyib.
O bildirib ki, bu mübahisələrin yaranmasına bəzi sahələrdə olan boşluqlar səbəb olur:
“İxtisaslaşmış tibbi yardımın, həm də ilkin tibbi yardımın təşkil olunması qaydaları yoxdur. Müəyyən klinik protokollarda boşluq var və bunların üzərində davamlı iş gedir. Bunlar olmadığı təqdirdə məhkəmə predmetinə çevrilən mübahisələr həll olunmaz qalır”.
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- "Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
