Pleyeri seçin:
Ermənilər bu dəfə Naxçıvanın Şərur rayonunu atəşə tutub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 12-si saat 11:25 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan Silahlı Qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Bundan əvvəl isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmuşdu.
Kopyalandı
#Şərur teqi istifadə olunub
- Şərurda qadının ölümü ilə bağlı ər qətli törətməkdə şübhəli bilinir - Baku TV
- İnsan sağlamlığının dərmanı olan bitkilər | Naxçıvan dağlarının əvəzsiz nemətləri - Baku TV
- “Baxıb gedirlər, belə şey olar?!” | Çətin vəziyyətdə qalan sakinlərin şikayətinə niyə baxılmır?
- Şərurun kəndlərinə sel gəldi
- Şərurda dəhşətli hadisə | Yola düşən iri qaya parçaları təhlükə yaratdı
