Ermənilər Şuşanı atəşə tutdu: mülki şəxs həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhəri iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutulub. Törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələr ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.
Hazırkı şəraitdə Prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri davam etdirilir.
#Baş Prokurorluq teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT
- Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV
