Pleyeri seçin:

Ermənistan ekoloji təhdidlər yaradır

08 iyun 2023 408 baxış

Ermənistan ənənəvi olaraq regionun ekologiyası üçün təhdidlər yaratmaqda davam edir. İrəvan bu dəfə Naxçıvanla həmsərhəd ərazidə – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır.

Sözügedən zavod işə düşəcəyi təqdirdə zəhərli kimyəvi tullantılar bölgənin ekosisteminə böyük zərbə vura bilər. Tullantıların Araza axıdılması isə həm çaydakı canlı aləm, həm də çayın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün təhlükə mənbəyi olar.

Ermənistan ekoloji terrora imza atmaqla, həm də beynəlxalq konvensiya və bəyannamələrin bəndlərini pozur. Rəsmi İrəvan bu addımı ilə “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Bazel və “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Espo Konvensiyalarının, o cümlədən “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Rio Bəyannaməsinin müddəlarını heçə sayır.

Azərbaycana qarşı bu ekoloji cinayət ilk deyil. Belə ki, Ermənistan bundan əvvəl “Metsamor” Atom Elektrik Stansiyasında təhlükəli vəziyyət yaradıb, Oxçuçayı çirkləndirib, Sərsəng su anbarını qurudub, Vejnəli, Qızılbulaq, Dəmirli və Söyüdlü qızıl və mis yataqlarını talan edib. Hətta bu cinayətlər əleyhinə azərbaycanlı ekofəallar ötən ilin dekabr ayında Laçın-Xankəndi yolunda 138 gün ekoaksiya keçirib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistanın ekoloji fəlakətə yol açacaq yeni layihəsi əleyhinə bəyanat yayıblar. İctimai birliklər bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkətə keçməyin zəruri olduğunu vurğulayıblar.

Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 408 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 408 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 408 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 408 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 408 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 408 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 408 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 408 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 408 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 408 baxış
Seçilmişlər
icon