Pleyeri seçin:
Ermənistan Ordusu minaatanlarla Zod istiqamətinə hücuma keçib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Nazirliyin bundan əvvəl yaydığı məlumatda isə qeyd olunub ki, sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus Pilotsuz Uçuş Aparatlarının səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
