Ermənistan vəhşiliyini davam etdirir
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda iki əsgərimizin dumanlı hava şəraitində yolu azaraq Ermənistan ərazisinə keçməsi ilə bağlı məlumat yayıldıqdan sonra məlum oldu ki, onlar ermənilər tərəfindən əsir götürülüb. Aprelin 13-də isə sosial şəbəkələrdə əsgərlərimizin ermənilər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı görüntülər yayıldı.
Bu, bir daha göstərdi ki, Ermənistan beynəxlalq hüquqa arxa çevirən dövlətdir və əsgərimizə qarşı vəhşilik etməklə növbəti dəfə beynəlxalq qanunları pozub. Çünki əsir düşən şəxslərə işgəncələrlə davranış cinayət tərkibi yaradır. Bu, həm müharibə cinayəti, həm də insanlıq əleyhinə cinayətdir.
Qeyd edək ki, yayılan görüntülərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə maddəsi ilə cinayət işi başlanıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
