Pleyeri seçin:

Etirazlara səbəb olan Azərbaycan filmi hansı idi? - Filmlərimizdə polis mövzusu | ARAŞDIRMA

02 iyul 2024 746 baxış

Azərbaycan kinosunda polis mövzusundan danışarkən, mütləqdir ki, bu obrazı dövrlərə bölək.

Çarizm dövrünü əks etdirən Azərbaycan filmlərində polisləri naçalniklər və qorodovoylar əvəzləyib. Şəhər polisi mənasını verən ən parlaq qorodovoy obrazını “Evlənmək istəyirəm” filmində görmək olar.

Əliağa Ağayevin oynadığı Qorodovoy Kərbəlayi Zal 25 ildən artıq idi ki, polis idarəsində xidmət edirdi. Kəbleyi illərdir ki, uğursuz karyeradan əziyyət çəkir. Ömründə bircə gün əlinə fürsət düşür ki, iş başında cinayətkar yaxalasın. O, fit çalaraq bütün iş yoldaşlarını səsləyir. Deyir ki, Feyzullanın çuvallarının içində bomba var. Qorodovoylar çuvalları açıb baxanda görürlər ki, içində bomba yox, qarpız var. Bununla da ləqəbi “Bomba Rabatay” qalan Kərbəlayi Zalın uğursuz karyerası bitir və səhər Kəbleyini qulluqdan xaric edirlər.

Sovet dövründə çəkilmiş Cümhuriyyət dönəmini əks etdirən filmlərimizdə Azərbaycan polisi birmənalı olaraq qəddar və mənfi personaj kimi göstərilir. “Qatır Məmməd”, “İşarəni dənizdən gözləyin” filmlərini buna misal çəkmək olar. “Qatır Məmməd” filmində daxili işlər naziri Fətəli xan Xoyskinin obrazını İsmayıl Dağıstanlı canlandırır. Müstəqillik illərində çəkilmiş “Son iclas” filmində isə biz Cümhuriyyətin sonuncu daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun obrazını görə bilərik.

80-ci illərədək çəkilmiş bütün Azərbaycan filmlərində “milis” adlandırılan sovet polisinin qəhrəman obrazı yaradılıb. “Bir cənub şəhərində” filmində Sadıq Həsənzadənin oynadığı Mustafa obrazı bizə fağır və kasıb sahə müvəkkilini göstərir. Filmin qəbiristanlıq epizodunda Mustafa əmi Muraddan 1 manat borc alır. Üstəlik, onun evdə də güzəranı çox pis keçir, Mustafa əmidən narazı olan arvadı bütün günü deyinir. Senzura filmə qadağa qoymaq istəsə də, Heydər Əliyevin sayəsində film ekranlara çıxarılır.

Bu mənada “İstintaq davam edir” filmi milli təhlükəsizliyin qorunmasında iştirak edən Azərbaycan çekistlərinin və millisinin fəaliyyətindən bəhs edir. “Arxadan vurulan zərbə”, “İstintaq” kimi filmlərimizdə müstəntiqlərin uzun axtarışlardan sonra aşkarladığı cinayətkarı sonda milis işçiləri həbs edir.

Müstəqilliyimizin ilk illərində çəkilmiş filmlərdə polislərin əsasən səriştəsiz və yumoristik obrazları yaradılıb. Buna “Bəxt üzüyü”, “Yuxu”, “Ölüm növbəsi” filmlərini misal göstərmək olar. Lakin sonrakı illərdə çəkilmiş “Dolu”, “Əlavə təsir” filmlərində Azərbaycan polisinin əsl siması ustalıqla göstərilir. “Dolu”da Fərhad İsrafilovun yaratdığı polis rəisi obrazı Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşan Azərbaycan polislərinin ümumiləşdirilmiş obrazıdır. 

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 746 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 746 baxış
Seçilmişlər
icon