Pleyeri seçin:

Vəzifələrini yerinə yetirərkən həlak olan polislərimiz

24 iyun 2024 380 baxış

İyunun 24-də Bakıda silahlı insident zamanı üç polis əməkdaşı qətlə yetirilib.

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olanlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur. Cinayətkar – əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 38 yaşlı Rövşən Allahverdiyev öz ailə üzvlərini – həyat yoldaşını, uşaqlarını irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb.

Polislər o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar. Bir sözlə, özlərini fəda ediblər. Əməliyyatın davamında polis əməkdaşları cinayətkarı zərərsizləşdiriblər.

Bu nə ilk, nə də sondur. Xatırladaq ki, 2023-cü il sentyabrın 19-da Füzulidə xidmət aparan polislərin olduğu yük avtomobili aşmışdı. Həmin qəzada polis serjantı Rasim Məmmədov, polis serjantı Seyfi Abdullayev və polis serjantı Ələsgər Əsgərov həlak olmuş, altı əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Bundan bir qədər sonra Xocavəndin Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı həlak olub.

Saat 4:30 radələrində DİN-in əməkdaşlarının olduğu "KamAZ" markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları – Asim Camalzadə, Ramil Şirinov, Seymur Mahmudov və Xəzər Zamanov hadisə yerində həlak olublar.

Beləliklə, baş vermiş qəzada üç, terrorda dörd nəfər olmaqla, ümumilikdə yeddi polis əməkdaşı həlak olub.

Baş verən hadisələr bir daha göstərir ki, Azərbaycan polisi çiyinlərinə düşən ağır vəzifələri hər zaman, hər şeyə rəğmən, hətta öz canı bahasına olsa belə, ləyaqətlə yerinə yetirir. Evdən çıxan hər bir polis əməkdaşının həmişə bir ehtimalı var ki, axşam evinə qayıtmaya bilər. Bununla belə çətin peşəsinin ardınca getməkdən heç vaxt çəkinmir.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 380 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 380 baxış
Seçilmişlər
icon