Evi qaz boruları ilə çevrələnən sakindən etiraz
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncənin Bayan küçəsi 147 A ünvanında yerləşən evin sakinləri çəkilən qaz xətlərinin yaratdığı təhlükədən şikayətçidir.
Gülnarə Ələkbərovanın sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem öz həllini tapmayıb. “3 GRP-ni gətirib evimin qarşısına qoyublar. Bu nə dərəcədə düzgündür?! Bu GRP-lər uşaqlarımın həyatı üçün təhlükəlidir”, - deyə şikayətçi qeyd edib.
Gəncə Regional Qaz İstismar İdarəsindən isə məsələ ilə bağlı bildirilib ki, vaxtilə qaz xətti və tənzimləyici şkaf təlimata uyğun olaraq ərazidə quraşdırılıb və həmin vaxt orada ev olmayıb. Abonentə izah edilib ki, qaz xətti və tənzimləyici şkafın yerini dəyişmək üçün xüsusi lisenziyası olan şirkətə müraciət etməli və xərclər vətəndaş tərəfindən ödənilməlidir.
Qurumdan həmçinin bildirilib ki, xidmət ərazisindəki bütün xətlər və qaz tənzimləyici şkaflar müntəzəm olaraq yoxlanılır və sakinlərin həyatı üçün təhlükə yoxdur.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
