Pleyeri seçin:

Evlənmək istəyən 745 nəfər bu xəstəliyin daşıyıcısı çıxdı | "Bundan qurtulmaq üçün..." - Baku TV

27 aprel 2026 419 baxış

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatına əsasən, 2026-cı ildə nikah bağlamaq üçün müraciət edən və müvafiq olaraq analizlər götürülən 745 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.

Qeyd edək ki, talassemiya orqanizmin kifayət qədər hemoqlabin istehsal etməməsinə səbəb olan genetik xəstəlikdir. Hazırda ölkəmizdə rəsmi qeydiyyatda olan 3190 nəfər talassemiya xəstəsi var.

Bəs vətəndaşlar bu xəstəlik barədə nə dərəcədə məlumatlıdırlar?

Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğu zamanı məlum olub ki, bir çoxları bu xəstəlik barədə ya ümumi məlumata malikdir, ya da ümumiyyətlə məlumatlı deyil. Bəzi sakinlər talassemiyanı qan azlığı və ya irsi xəstəlik kimi xarakterizə edib, digərləri isə qohum evliliklərinin bu xəstəliyin yaranmasında rol oynadığını bildirib.

Hematoloq Mireldar Babayevin sözlərinə görə, əgər valideynlərdən biri talassemiya geninin daşıyıcısıdırsa, həmin gen övladlara keçə bilər. Əgər hər iki valideyn daşıyıcı olarsa, uşağın talassemiya xəstəsi olaraq doğulma riski daha da artır.

O bildirib ki, valideynlərdən biri daşıyıcı, digəri isə sağlam olduqda, uşaq ya daşıyıcı, ya da tam sağlam doğula bilər. Xəstəliyin birdəfəlik aradan qaldırılması isə yalnız sağlam insanın sümük iliyinin köçürülməsi ilə mümkündür.

Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov isə bildirib ki, Azərbaycanda daha çox alfa və beta talassemiya formalarına rast gəlinir. Onun sözlərinə görə, daşıyıcılarda əsasən profilaktik müalicə aparılır, həmçinin orqanizmdə dəmirin toplanmasının qarşısını alan preparatlardan istifadə olunur.

Mütəxəssis vurğulayıb ki, hamiləlik dövründə perinatal diaqnostika vasitəsilə körpənin ana bətnində talassemiya daşıyıcısı və ya xəstəsi olub-olmadığını müəyyən etmək mümkündür. Belə hallarda ailəyə müvafiq tibbi məsləhətlər verilir.

Həkimlər vətəndaşlara nikahdan əvvəl tibbi müayinələrə ciddi yanaşmağı tövsiyə edirlər. Onların fikrincə, vaxtında aparılan yoxlamalar gələcəkdə sağlam ailənin qurulmasında mühüm rol oynayır.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 419 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 419 baxış
Seçilmişlər
icon