Fəxr edirəm ki, torpaqlarımızı azad etmişik | Qazi Lomaşvili Vətən müharibəsindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi zamanı ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də igidliklə vuruşublar.
Haqq savaşımızda bizimlə bərabər qəhrəmanlıqla mübarizə aparıb şəhidlik zirvəsinə ucalan da olub, yaralanaraq qazi statusu alan da.
Belə igid oğullardan biri də Qaxda yaşayan Qiorqi Lomaşvilidir. Onun müharibə vaxtı 18 yaşı olub.
Qiorqi Azərbaycan vətəndaşı olduğuna və torpaqlarımızın azad olunmasında iştirakına görə fəxr etdiyini söyləyib.
“2020-ci ilin 27 yanvarında hərbi xidmətə yollandım. 9 ay sonra isə müharibə başladı. Mən də döyüşlərə qatıldım. Əvvəlcə Ağdarə istiqamətində vuruşdum. Suqovuşanda düşmən üstümüzə tank yeridirdi. Amma hərbçilərimiz onu vurdular. Bir neçə dəqiqə sonra yanımıza minomyot düşdü, qəlpə qoluma dəyib məni yaraladı”, – qazi döyüş yolundan danışarkən deyib.
