FHN polkovnikinin daha bir cinayəti üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyindəki xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevin daha bir cinayət əməli üzə çıxıb.
O, xidmət rəisi Füzuli Əsədovla qohumluq münasibətlərindən istifadə edərək Biləsuvar sakini Murad Qəfərzadəyə Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon şöbəsində işə qəbul etdirəcəyinə dair vəd verib. İş yoldaşı vasitəsilə 2019-cu ilin ortalarında Muradın atası Şahəddin Qəfərovdan 10 min manat pul alıb.
O, xidmət rəisinin qərarına təsir etmək imkanlarından istifadə etməklə Murad Qəfərzadəni bu vəzifəyə təyin etdirə biləcəyini deyib. Pulu aldıqdan sonra işə qəbulla bağlı sənədləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinə təqdim edib. Daha sonra Murad Qəfərzadə həqiqətən də yanğınsöndürən kimi işə qəbul olunub.
Murad Qəfərzadənin atası Şahəddin Qəfərov dindirilmə zamanı Zaur Mirzəyevə çatdırılması üçün pulu onun dediyi şəxsə verdiyini etiraf edib. Zaur Mirzəyev isə sözügedən ittihamları qəbul etmir.
Bu əmələ görə Nazirliyin polkovnikinin ittiham olunduğu maddələr arasına Cinayət Məcəlləsinin vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddəsi də əlavə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
