FHN təhlükə yaradan yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri rayonun Nadirkənd kəndində yerləşən Məmləkət Cəfərovaya məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Bu zaman məntəqənin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanlara görə yanacaqdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
