Pleyeri seçin:
Fransızları heyran qoyan kəndirbaz | Məni 10 gün əlavə saxladılar
“Əvvəllər 50-yə yaxın kəndirbaz var idi. Hazırda isə bu sənətlə 7-8 nəfər məşğul olur”.
Bunu Baku TV-yə açıqlamasında qədim el sənəti olan kəndirbazlıqla məşğul olan qubalı Amil Məmmədhüseynov deyib.
8 yaşından bu sənətlə məşğul olduğunu vurğulayan A.Məmmədhüseynovun sözlərinə görə, atası və əmisi də kəndirbaz olub: “Gözübağlı çıxış edirik. Sənətimiz çox təhlükəlidir. Öyrənmək istəyənlər olur, amma çətin gəldiyi üçün davam etmirlər”.
O həmçinin qeyd edib ki, xarici ölkələrdə də bu sənət maraqla qarşılanır: “5 günlük Fransaya getmişdim. Proqramıma çoxlu adam gəldiyi üçün məni orada 10 gün əlavə saxladılar”.
Kopyalandı
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
