Füzulidə Olimpiya İdman Kompleksinin təməli qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin oktyabrın 15-də tikintisi ilə tanış olduğu Ağdam-Füzuli avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin böyük mütəxəssisi Fərid Qədirovun sözlərinə görə, Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli yolu Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Onun uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək, yol 4 hərəkət zolaqlı olacaq.
“Yolun üzərində 5 ədəd körpü, iki ədəd yolötürücü layihələndirilib. 1 yolötürücü və 2 körpünün tikintisi başa çatdırılıb, hazırda tamamlanma işləri aparılır. Həmçinin yol boyunca suyun ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidləri tikilir”, – deyə agentlik rəsmisi qeyd edib.
Bildirək ki, Füzulidə Olimpiya İdman Kompleksinin təməli qoyulub. Şəhərinin mərkəzində yeni tikiləcək kompleks ümumilikdə 17 hektar ərazini əhatə edəcək.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev bildirib ki, kompleksdə basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək. Bundan başqa, kompleksdə üzgüçülük, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq.
#Füzuli teqi istifadə olunub
- XTQ-nin düşmən arxasındakı manevri - QARABAĞ XRONİKASI
- 100-dən çox idmançı Füzulidə | "Mingəçevir Reqatası-2026" haqqında sakinlər nə düşünür? - Baku TV
- Türkmənistanın Füzulidə inşa etdiyi məscid barədə Sərdar Berdiməhəmmədova məlumat verildi - Baku TV
- İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV
- “Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV
