Füzulidə qısa müddətdə böyük uğurlar qazanan təhsil ocağı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV Füzulidə Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbdən reportaj hazırlayıb.
Hazırda məktəbdə 644 şagird təhsil alır, 39 müəllim isə pedaqoji fəaliyyət göstərir.
Qeyd edək ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində gələcəkdə həm şagirdlərin, həm də müəllimlərin sayının artması gözlənilir. Məktəbin bu günə qədər ümumilikdə 30-dan çox məzunu olub. Onların böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul olunub.
Məktəbin direktoru Həcər Mahmudova bildirib ki, bu təhsil ocağı azad edilmiş torpaqlarda yenidən dirçələn təhsilin simvoludur:
“Biz də burada yetişən gənclərin milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda yüksək akademik biliklərə malik olmaları üçün var gücümüzlə çalışırıq. Son 3 il ərzində kollektivimiz müəyyən uğurlara imza atıb. Məzunlarımız ali məktəblərə qəbul olunub, eyni zamanda müxtəlif fənlər üzrə bilik müsabiqələri və yarışlarda qalib olublar”.
Məktəbin şagirdi Zəhra Xudiyeva isə doğma yurda qayıtmağın sevincini bölüşüb:
“Mən bura qayıtdığıma görə çox xoşbəxtəm. Bu məktəbdəki şərait digəri ilə müqayisədə daha yaxşıdır. Çünki burada laboratoriyalar, fizika və biologiya otaqları daha maraqlıdır”.
#Füzuli teqi istifadə olunub
- XTQ-nin düşmən arxasındakı manevri - QARABAĞ XRONİKASI
- 100-dən çox idmançı Füzulidə | "Mingəçevir Reqatası-2026" haqqında sakinlər nə düşünür? - Baku TV
- Türkmənistanın Füzulidə inşa etdiyi məscid barədə Sərdar Berdiməhəmmədova məlumat verildi - Baku TV
- İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV
- “Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV
